İİV –insanın immunçatışmazlığı virusudur. İİV insanı müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir. İİV immun sisteminin müəyyən (CD4 adlanan) hüceyrələrini zədələyir. CD4 hüceyrələrinin qanda miqdarının azalması immun sisteminin zədələnmə dərəcəsi və xəstəliyin mərhələsi haqqında məlumat verir. İİV-infeksiyası ləng gedən infeksiyalarına aiddir. İİV-ə yoluxmadan sonra ilk illər ərzində insanın immun sistemi virusa qarşı müqavimət göstərə bilir. Yoluxma anından, spesifik kliniki əlamətlarin birüzə verilməsinə qədər olan dövr bir neçə il (orta hesabla 6-10 il) davam edə bilər. İİV-lə yaşayan bəzi insanlarda, klinik əlamətlər hətta 20 və daha çox il aşkar olunmur. Xəstəliyin gedişi bir çox amillərdən: orqanizmin ümumi vəziyyatindən, müvafiq olaraq - immun sisteminin vəziyyətindən, həyat tərzindən, zərərli vərdişlərin olub- olmamasından və ümumiyyətlə insanın öz həyatına və diaqnozuna münasibətindən asılıdır. Zaman keçdikçə virusun və orqanizmin mübarizəsi immun sistemin zəiflənməsinə gətirib çıxarır və opportunistik adlanan bir çox infeksiyalara (vərəm, pnevmosist pnevmoniya və s.) və bədxassəli şişlərə (sarkoma Kapoşi, limfomalar) qarşı insanın həssasığı artır. AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur. QİÇS diaqnozu İİV- müsbət insana o zaman qoyulur ki, onda CD4 hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, xəstəliyin kliniki əlamətlari opportunistik infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində aşkar olunur.
İİV-in ötürülmə yolları.
Yoluxma üçün kifayyət miqdarda İİV orqanizmin 4 (dörd) mayesində olur: qan, sperma, vaqinal maye və ana südü. Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların təsiri altında tez bir zamanda məhv olur. Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq İİV ilə yoluxdurma mümkün deyil, çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayyət qədər deyil.İİV-in əsas ötürülmə yolları: Parenteral: İİV-ə yoluxmuş qanın və onun komponentlərinin köçürülməsi, yaxud orqanların və toxumaların transplantasiyası zamanı; Inyeksiya, yaxud tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan (iynə, şpris və s.) istifadə etməklə; qan qalıqları olan alət ilə (məsələn, skalpel, üz qırxan ülgüc, qayçı, diş fırçası və s.) dərinin və selikli qişalarının zədələnməsi zamanı. Cinsi yolla qorunmamış (prezervativsiz) nüfuz edən hər bir cinsi əlaqə (vaqinal, anal, oral) zamanı; Ən yüksək yoluxma təhlükəsi qorunmamış anal cinsi əlaqə zamanı qeyd olunur, qorunmamış oral cinsi əlaqə zamanı yoluxma təhlükəsi azdır; İİV-in kişidən qadına ötürülmə təhlükəsi 4 dəfə qadından kişiyə ötürülmə təhlükəsindən çoxdur; Əgər insan diqər cinsi yolla yoluxan infeksiyasına yoluxubsa,onun İİV-ə yoluxma ehtimalı artır. Anadan uşaqa hamiləlik dövründə; doğuş vaxtı; döşlə əmizdirmə zamanı. İİV ötürülmür məişət yolu ilə (ümumi qab-qacaq, dəsmal, yataq dəstləri vasitəsi ilə, ümumi tualet və vanna otaqlarından istifadə etdikdə və s.) öpüşəndə və qucaqlaşanda; nüfuz etməyən cinsi əlaqə zamanı.
İİV-INFEKSIYASININ DIAQNOSTIKASI.
HİV-infeksiyanın diagnostikası iki ardıcılmərhələdən ibarətdir: 1. HİV-infeksiyanın diagnozun təyinedilməsi, yəni HİV-ə yoluxmanıntəsdiqi; 2. Kliniki diagnozun goyulması, yəniHİV-infeksiyanın mərhələsinin vəgedişatının təyini. HİV/AİDS-ın diagnostikası kompleks yanaşma tələb edir və epidemioloji, kliniki və laborator meyarlarının birgə qiymətləndirməsi nəticəsində təsdiq edilir. Belə ki, ən vacib epidemioloji meyar - müyinə olunan şəxsin yoluxma ehtimalı yüksək olan qrupa aid olmasıdır. Belə risk qruplarına narkomanlar, homo- və biseksuallistlər, seks-biznes işçiləri, qan, qan komponentlərinin, spermanın, orqanların və toxumaların resipentləri, HİV-ə yoluxmuş analardan doğulmuş uşaqlar, tibb işçiləri və b. aiddir. HİV-ə yoluxma ehtimalının vacib kliniki meyarlarına aşağıdakı vəziyyətlər aiddir: kəskin qrip-mononukleoz sindromu, müxtəlif qrup limfa düyünlərin səbəbsiz böyüməsi, bir aydan çox sürən diareya, səbəbsiz arıqlama və bədən kütləsinin 10%-dan çox itirilməsi, uzun müddətli adi antibiotikoterapiyaya davamlı pnevmoniyalar, bakterial və parazitar mənşəli uzun sürən irinli-itahabı xəstəliklər, AİDS-assosiasiyalı xəstəliklər. HİV/AİDS-in kliniki və/və ya epidemioloji meyarlar aşkar olunduqda mütləq aşağıdakı istiqamətlərdə laborator müayinələr aparılmalıdır: 1. HİV-ə yoluxmanın spesifikmarkerlərin (göstəricilərin) təyinedilməsi; HİV-antigenlərinin təyini; HİV-antigenlərinə qarşıanticisimlərinin təyini; HİV RNT-nin (ribonuklein turşusu)təyini. 2. İmunodefisitin inkişafınıngöstəricilərinin təyini (qanda CD4hüceyrələrinin migdarınınazalması) Spesifik laborator diagnostika HİV-ə yoluxmanın spesifik göstəricilərinin təyini seroloji (HİV- antigenlər və antigenlərə qarşı anticisimlər) və molekulyar-genetik (HİV RNT-si) üsullarla aparılır. HİV-infeksiyasının diaqnostikasında ən geniş istifadə edilən seroloji üsullardan immunoferment analizi və immunoblotinq, molekulyar-genetik üsullardan - polimeraz zəncirvari reaksiyadır. İmmunoferment metodu (İFM). İFM - yüksək həssaslığa malik və HİV-ə qarşı anticisimlərin təyini üçün ən geniş istifadə edilən, sadə və nisbətən ucuz olan diaqnostika üsuludur. Lakin bu üsuldan istifadə etməklə HİV- infeksiyasının ilkin, anticisimlərin hələ əmələ gəlmədiyi və “seroloji pəncərə” adlanan mərhələsində diaqnozu qoymaq mümkün deyil. Məlumdur ki, HİV-ə yoluxmuş insanların 90-95%-də anticisimlər 3 ay ərzində, 5-9%-də - 6 ay ərzində, 0,5-1%-də - daha gec əmələ gəlirlər. Anticisimlərin ən tez aşkar olunma vaxtı - yoluxmadan 2 həftə sonradır. Anticisimlər xəstəliyin terminal mərhələsində, yəni anticisiməmələgəlmənin ciddi pozuntusu ilə müşahidə olunan ağır immunçatışmazlığı zamanı də aşkar olunmur və bu vaxt İFM-müayinəsi yanlış – mənfi nəticə verə bilər. “ Pəncərə “ dövründə testin nəticəsi mənfidirsə, onu yanlış – mənfi kimi qiymətləndirilməli və epidemioloji və klinik göstərişlər olduqda təkrar müayinə olunmalıdır. Bundan əlavə, təxminən 2% hallarda, əsasən xronik infeksion, autoimmun, onkoloji və bəzi digər xəstəlikləri olan pasiyentlərin müayinəsi zamanı,eləcə də hamiləlik dövründə müayinənin yalnış – müsbət nəticələri müşahidə oluna bilər. Buna görə də, hər müsbət nəticə daha spesifik testdə - immunoblotda yoxlanılmalıdır. İmmunoblot (İB) – bu test HİV zülallarına qarşı əmələ gələn ayrı – ayrı anticisimləri təyin edir. Onun əsas fərqləndirici xüsusiyyəti – yüksək spesifikliyidir ki, bu da İFM üsulu ilə ilə alınmış hər bir müsbət nəticəni təsdiq və ya inkar etməyə imkan verir. İmmunoblotun nəticəsi müsbət, mənfi və şübhəli (qeyri-müəyyən) ola bilər. İmmunoblotun müsbət nəticəsi - müsbət İFM-dan sonra HİV-lə yoluxmanın təsdiqi üçün kifayət sayılır. İmmunoblotun mənfi nəticəsi - klinik və ya epidemioloji göstərişlər olduqda polimeraz zəncirvari reaksiya (PZR) ilə təsdiqləndirilməli, PZR mümkün olmadıqda isə 1-3 aydan sonra müayinə təkrar olunmalıdır. İmmunoblotun qeyri-müəyyən nəticəsi – xəstəliyin erkən mərhələsində, yəni HİV-ə qarşı anticisimlərin hələ tam həcmdə əmələgəlmədiyi dövrdə ola bilər. Adətən, İB-da qeyri-müəyyən nəticə alındıqdan 1-3-6 ay sonra orqanizmdə HİV-ə qarşı bütün anticisimlər əmələ gəlir və təkrar müayinə zamanı aşkar olunur. İmmunoblotun qeyri-müəyyən nəticəsi bəzən insan orqanizmində HİV-ə qarşı əmələ gələn anticisimlərə bənzər anticisimlərin olmasını da göstərə bilər. Belə nəticə vərəmli və onkoloji xəstələrdə, çox saylı hemotransfuziyalar (qan köçürülməsi) qəbul edən resipiyentlərdə, hamilə qadınlarda müşahidə edilə bilər. İmmunoblotun qeyri-müəyyən nəticəsi qeyd olunarsa xəstə müşahidə altında olmalı və analiz 1,3 və 6 aydan sonra təkrarlanmalıdır. Polimeraz zəncirvari reaksiya (PZR). Bu üsul HİV RNT-ni və onun DNT-surətini müəyyən etmək üçün istifadə olunur. PZR biomaterialda hətta tək-tək RNT və DNT molekullarını amplifikasiya (çoxalma) yolu ilə müəyyən etməyə imkan verən çox effektiv və həssas üsuldur. PZR aşağıdakı məqsədlərlə istifadə olunur: “Pəncərə” dövründə vəimmunoblotun qeyri-müəyyənnəticəsi zamanı HİV-in özünün olub-olmamasını müəyyən etmək üçün; HİV-in hansı tipə- HİV-1 və ya HİV-2mənsub olmasını müəyyən etməküçün; Virus yükünü müəyyən etmək və onanəzarət etmək üçün; HİV-ə yoluxmuş analardan doğulanyenidoğulmuşların HİV-statusunumüəyyən etmək üçün; Donor qanını yoxlamaq üçün. PZR-in aparılması mürəkkəb laborator təchizatın və yüksək ixtisaslı mütəxəssislərin olmasını tələb edir. PZR üsulu bahalı olduğuna görə HİV-ə kütləvi müayinələrdə (skrininqdə) tətbiq olunmur. Ekspress-test. Təcili hallarda (məsələn, həyati göstərişlər üzrə əməliyyatlar zamanı və ya doğum evlərində) istifadə oluna bilər.Ekspress-testin aparılması mürəkkəb təchizat və heyətin peşəkarlığını tələb etmir, lakin onun nəticəsi sonradan standart HİV-ə müayinə üsulu ilə təsdiq olunmalıdır.
İİV-INFEKSIYASININ MÜALICƏSI
Hazırda HİV-infeksiyasının inkişafınıləngidən və uzun müddət ərzində QİÇSmərhələsini geri çəkən dərmanpreparatları mövcuddur. Opportunistikxəstəliklərin profilaktikası və müalicəüçün də dərmanlar var. Adətən, yoluxmadan sonra ilk bir neçə il ərzindəinsanın spesifik müalicəyə ehtiyacıolmur. İmmunitet zəiflədikdə vəbununla əlaqədar orqanizmin müxtəlifinfeksiyalara qarşı davam gətirməkqabiliyyəti itdikdə spesifik terapiya təyin olunur. Təəssüf ki, HİV-ineksiyasını tamsağaldan dərmanlar hələ yoxdur, lakinmüasir təbabətdə belə preparatlarınyaradılması üçün gərgin tədqiqatlaraparılır. HİV-infeksiyasının müalicəsi üçün “antiretrovirus - ARV” adlanan və insanın immunçatışmazlığı virusunun çoxalmasının qarşısını alan spesifik virusəleyhinə preparatlar istifadə olunur. Bu preparatlar HİV reseptorlarını və fermentlərini blokada edərək, virusun çoxalmasına mane olurlar. ARV- preparatları ilə müalicəyə “antiretrovirus terapiyası” (ARV- terapiya) deyilir. ARV-terapiya HİV- infeksiyasından tam sağalmanı təmin etməsə də, virusun kəskin surətdə azalmasına səbəb olur. Müxtəlif ARV-preparatlar virusun müxtəlif çoxalma mərhələlərinə təsir edirlər. Təsir mexanizmindən asılı olaraq antiretrovirus preparatları bir neçə sinfə bölünürlər: əks transkriptazanın inhibitorları (nukleozid inhibitorları –ƏTNİ və qeyri-nukleozid, (yaxud nukleotid inhibitorları -ƏTQNİ), proteaza inhibitorları (Pİ) və qovuşma inhibitorları. ”İnhibitor” sözünün mənası “ləngidən”,”dayandıran” deməkdir. Müxtəlif antiretrovirus preparatlarının klinik sınağı göstərmişdir ki, bir neçə ARV preparatlarla kombinə olumuş terapiya monoterapiyaya nisbətən daha effektlidir. Buna görə də, adətən, müxtəlif sinifdən olan bir necə antiretrovirus preparat eyni zamanda tətbiq olunur. Bu zaman həmçinin müalicəyə qarşı rezistentliyin (davamlılığın) inkişaf labüdlüyü azalır. Çox vaxt iki ƏTNİ və bir ƏTQNİ və ya iki ƏTNİ və bir Pİ kombinasiyasınadan istifadə olunur. Bəzi hallarda üç ƏTNİ kombinasiyası da mümkündür. Adətən, spesifik terapiya xəstəliyin klinikəlamətləri və ya müvafiq immun status (CD4+ hüceyrələrin sayının qanın 1 millilitrində 350-dən az olması) və yüksək virus yükü (qanın 1 millilitrində 100000 kopiyadan artıq) olduqda tətbiq edilir. ARVT yalnız mütəxəssisin təyini, həkimin nəzarəti altında protokol və göstərişlərə ciddi əməl olunmaqla aparılmalıdır. Dərmanların qəbul rejiminin pozulması bu preparatlara qarşı resistentliyin yaranmasına və onların təsirinin dayanmasına gətirib çıxara bilər. Bundan əlavə, ARV preparatların qəbulu zamanı yanaşı effeklər müşahidə oluna bilər. Dəmanların düzgün kombinasiyası həkim tərəfindən seçilməlidir. Preparatların təsirinin nəticəsində müalicənin ilk aylarında virus yükü kəskin surətdə azalır, hətta müəyyən edilməyən miqdara qədər. Uzun müddətli və düzgün aparılan müalicə zamanı immun status göstəriciləri yaxşılaşır və CD4+limfositlərin sayı artır. HİV-lə yaşayan insanlar müntəzəm olaraq mütəxəssis müayinəsindən keçməlidirlər. Bununla oppotunistik infeksiyaların profilaktika və müalicəsının vaxtında aparılmasına, ehtiyac olarsa, ARV-terapiyanın başlanmasına imkan yaranır. Müayinələrin dövrülüyü ÜST tövsiyyələrinə əsasən pasiyentin səhhətindən asılı olaraq həkim tərəfindən müəyyən edilir.
İİV-INFEKSIYASININ PROFILAKTIKASI.
HİV-infeksiyasının profilaktikası onunla mübarizədə ən vacib vasitədir. Bütündünyada alimlər HİV-ə qarşı vaksininhazırlanması istiqamətində çalışırlar.Bəzi ümidverici nəticələrə baxmayaraq,vaksinin kəşfi haqqında danışmaq hələtezdir. Bununla əlaqədar olaraq AİDS-in profilaktikası hər bir insanın şəxsi işi olmalıdır. HİV-infeksiyasının profilaktikasının ən vacib istiqaməti HİV-in vertikal ötürülməsinin profilaktikasıdır. Buraya HİV-infeksiyalı qadınların hamiləlik zamanı uşağın infeksiyalaşma riskini azalmasına yönəlmiş profilaktik müalicəsi, qeysəriyə kəsiyi vasitəsi ilə doğuşlar, HİV-infeksiyalı anadan doğulmuş uşağın süniqidalandırılması aiddir. Uşaqların infeksiyalaşmasının profilaktikasına hamilə qadınların, həmçinin nigaha daxil olanarın və ya dünyaya uşaq gətirməyə hazırlaşanların HİV-ə könüllü testləşdirilməsini aid etmək olar. Cinsi yolla yoluxmanın profilaktikası xüsusilə vacibdir. Buraya qənclərlə maarifləndirmə işi aiddir ki, bu zaman onlara AİDS və cinsi yolla ötürülən digər infeksiyalardan müdafiə olunmaq üçün prezervativdən istifadənin vacibliyi açıqlanır, eləcə də, HİV-in ötürülməsi yolları və yoluxmadan necə qorunmaq imkanları barədə dəyərli məlumatlar verilir. HİV-in qanla otürülməsinin profilaktikasına gəldikdə, xüsusən üzərində qan izləri qala bilən tualet əşyalarından (ülgüç, manikür qayçıları və.s) istifadə zamanı gigiyena qaydalarına əməl edilməsi, tibbi alətlərinin mütləq sterilləşdirilməsi, eləcə də donor qanının HİV-ə yoxlanılması vacibdir. HİV-in qanla ötürülməsinin profilaktikasında inyeksion narkotik istifadəçiləri arasında HİV-infeksiyasının profilaktikası xüsusi yer tutur, çünki onların yoluxması qeyri- steril alətlə narkotikin yeridilməsi zamanı baş verir. Bütün bu profilaktik tədbirlər sağlam həyat tərzinin təbliği, narkotiklərdən və şoxsaylı təsadüfi cinsi əlaqəlırdən imtina, daimi partnyora qayğı ilə müşahidə olunmalıdır. HİV-infeksiyasının profilaktikasında mətbuatda, radio və televiziyada aparılan “sosial reklam” vacib yer tutur. HİV-ə yoluxmadan qaçmaq, yoluxmuş insanı müalicə etməkdən qat-qat asandır...