Bu gün Azərbaycanın incisi, qədim tarixi memarlıq abidəsi olan Qız qalası bütövlüklə qırmızı rəngə boyadıldı. Bu, QİÇS-in simvolu olan lentin rəngi idi. Qız qalası 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar işıqlandırıldı.
Tədbir Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirildi. Mərkəzin mütəxəssisləri gündüz saatlarında Səyyar Müayinə Məntəqəsi ilə Şirvanşahlar Sarayının yaxınlığında insanlara İİV/QİÇS-lə bağlı məlumat verib, virus və xəstəliklə əlaqədar maarifləndirici vərəqlər, bukletlər, bröşurlar payladılar. Təşəbbüskarlar Müayinə Məntəqəsində İİV-lə bağlı statuslarını öyrəndilər.
Günün sonuna yaxın isə məşhur qala qırmızı rəngə boyadıldı. Mərkəzin əməkdaşları qırmızı fonda “Stop AİDS!”, “QİÇS-ə birlikdə YOX deyək!” çağırışları ilə ictimaiyyətə mesaj ötürdülər. Bu, Qız qalasından çağırış idi: İİV virusundan, QİÇS xəstəliyindən özünüzü qoruyun, sağlam yaşayın!
No comment