“Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” Qrantının maliyyə dəstəyi ilə, “Beş hədəf qrupu üzrə (IİV+,İNİ,Sİ,KCK, TG) Zərərin Azaldılması təşkilatları tərəfindən COVID 19-a qarşı profilaktik tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində Zərərin Azaldılması layihələrinin icraçıları üçün bilik-bacarıqların artırılaması Təliminin təşkili üzrə

Təlimçilər üçün Texniki Tapşırıq

“AİDS-lə Mübarizə İctima Birliyi” aşağıdakı Texniki Tapşırıq üzrə qısa müddətli milli Təlimçi və ya Təlimçilər cəlb etmək niyyətindədir.

Təşkilat haqqında qısa xülasə və Əsalandırma.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun “Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” Qrantının Əsas Resipiyentidir. Proqram İİV-ə yoluxmada yüksək məruz qalan riskli əhali qrupları (İNİ-lər, seks işçiləri, KCK-lar, TG insanlar) arasında zərərin azaldılması layihələrini həyata keçirən yerli QHT-lərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Proqramın əsas məqsədi Azərbaycanda İİV epidemiyasının yayılmasının azaldılmasıdır.
Covid-19 pandemiyası sosial bir hadisə olub, cəmiyyətin hər bir təbəqəsini əhatə edir. Sübutlar göstərir ki, hər kəs Covid-19 infeksiyasına məruz məruz qalmış, lakin infeksiyanın yayılması və təsir şiddəti immunitet sisteminə və ümumilikdə sağlamlıq vəziyyətinə ciddi təsir göstərən riskli davranışlar tətbiq etməkdn əlavə, sağlamlıq və sosial vəziyyətlərə görə həssas əhali qrupları arasında daha yüksəkdir.
Beləliklə, İİV infeksiaysına yoluxmuş və yoluxmada digər həsass əhali qrup nümayyəndələri (İNİ-lər, SBİ, KCK, TG və.s) ümumi əhali ilə müqayisədə COVID-19 infeksiyasına qarşı əlavə risklər və zəifliklərlə üzləşirlər. Bundan əlavə, Covid-19 pandemiyası zərərin azaldılması xidmətlərinin əhatə dairəsinə, istifadəsinə və keyfiyyətinə ciddi təsir göstərmişdir. Bu, demək olar ki, təkcə bütün ölkələr tərəfindən həyata keçirilən məhdudlaşdırma tədbirləri ilə deyil, həm də profilaktik proqramları dəstəkləmək üçün vəsait və prioritetlərin olmaması ilə bağlıdır.
Ən yaxşı ssenarilərdə zərərin azaldılması təşkilatları pandemiyaya cavab olaraq xidmətlərini yenidən təşkil etdi və Covid-19 karantin tədbirlərini həyata keçirməyə davam edərək xidmətlərin əhatə dairəsini və iş saatlarını kəskin şəkildə azaltdı. Bu da öz növbəsində həssass əhali qrupu nümayyəndələrinin və onların cinsi partnyorlarının xidmətlərə çıxışına və istifadəsinə ciddi təsir göstərmişdir. Profilaktika xidmətlərinə zəif çıxış, narkotik maddələrdən və digər həssas qruplardan istifadə edən insanları qanla ötürülən infeksiyalara, əsas əhali qrupu nümayyəndələrini narkotiklərdən istifadə zamanı dozanı aşma hallarına məruz qalma və qısa müddətli ölüm riskinə ən çox məruz qoyur. Bununla belə, Covid-19 zamanı bir çox çətinliklərə baxmayaraq, bir çox dövlətlər və tibb işçiləri, xidmət təminatçıları və müştərilər üçün COVID-19 infeksiyasına qarşı təhlükəsizlik təlimatlarına riayət etməklə proqram benefisiarlarını dəstəkləməyə davam etmək üçün bir sıra uyğunlaşmalar və yeniliklər həyata keçirdilər.
– Təlim kursunun ümumi məqsədi, Zərərin azaldılması sahəsində çalışan layihə rəhbərləri, autriç və sosial işçilərin “COVID-19 və digər bu kimi pandemiya, eyni zamanda müxtəlif fövqəladə hallar (təbii fəalkətlər-sel, daşqın, zəlzələ, müharibələr) zamanı profilaktik tədbirlərin təşkili, proqram benefisiarlarının məlumatlandırılması və sosial şəbəkələr vasitəsilə ictimai məlumatlandırma kampaniyalarının təşkili” üzrə bilik və bacarıqlarının artırılmasıdır.

Aşağıdakı mövzular üzrə təlimçilərin cəlb edilməsi nəzərdə tutulur.
1. Covid-19 pandemiyası və digər fövqəladə halların xidmətlərə çıxış, mövcud resurslar və xidmətlərin təmin edilməsi diqqət mərkəzində olmaqla, zərərin azaldılması proqramlarının əldə edilməsinə və istifadəsinə necə təsir göstərib/göstərir.

2. Covid-19 pandemiyası və digər fövqəladə hallarda zərərlərin azaldılması xidmətlərinin göstərilməsinə dəstək vermək və bu sahədə çalışan QHT-lərə xidmətlərin davamlılığını və dayanıqlılığını təmin etmək məqsədilə kömək etmək üçün yeni müdaxilələrin təşkili.

3. Covid-19 pandemiyası və digər fövqəladə halların təsirlərinə cavab vermək üçün ən yaxşı şəkildə xidmət göstərmək (öyrənilmiş dərs, müsbət və mənfi təcrübələr) üçün xidmətlərin dayanıqlılığına/uyğunlaşmasında QHT-lərin öz müştərilərinə yanaşmaları.

• Tapşırığın əsas mahiyyəti.

Seçilmiş təlimçi (lər)dən zərərin azaldılması layihələri çərçivəsində göstərilən xidmətlərin Covid-19 pandemiyası və digər fövqəladə hallarda ən yaxşı şəkildə davamlılığını və dayanıqlılığını təmin etmək üçün bütün layihə əməkdaşlarının (koordinatorlar və layihə menecerləri, autriç işçilər, sosial işçilər və tibb bacısı/Könüllülər və s.) bilik və bacarıqlarının artırılması üzrə təlim keçirməsi tələb olunur.

• Təlimin əsas məqsədləri.

Təlim layihə fəaliyyətlərini proqramın tələblərinə uyğun aparılması məqsədilə ZA layihələrinin icrasına cəlb edilən bütün layihə əməkdaşlarının bilik bacarıqlarının gücləndirilməsi, layihə hədəflərinə çatmaq üçün layihə koordinatorlarının və autriçlərin tay-taya yanaşma prinsiplərini tətbiq etməklə fərdi yanaşamadan istifadə etmək bacarıqlarının təşviqi məqsədi daşıyır.
Təlimin əsas məqsədi, Covid-19 pandemiyası və digər fövqəladə hallarda proqram əməkdaşlarının proqram fəaliyyətlərini, xüsusilə əsas xidmətlər paketinin həm kəmiyyət, həm də keyfiyyət baxımdan benefisarlar arasında proqramın tələblərinə uyğun təmin edilməsi bacarıqlarının gücləndirilməsidir.

• Təlimin hədəf auditoriyası

Təlim kursuna layihə rəhbərindən tutmuş xidmətin çatdırılma məntəqələrinə qədər bütün səviyyələrdə xidmət göstərən layihə əməkdaşlarının cəlb edilməsi nəzərdə tutulur. Təlimin auditoriyasına koordinatorlar və layihə menecerləri, autriç, sosial işçi və mütəxəsislər (tibb işçiləri) daxildir.

• Təlimin gözlənilən nəticələri

Təlimin sonunda təlim iştirakçıları aşağıdakları bacarmalı və bilməlidirlər;

Covid-19 pandemiyası və digər fövqəladə hallarda:

• Autriç işinin düzgün təşkili
• xidmətlər paketinin keyfiyyətli təminatı və xidmətlərin davamlılığının təmin edilməsi prinsiplərinin düzgün anlayışı
• proqram hədəflərinə çatmaq üçün fərdi yanaşma

Təlimrə verilən ümumi tələblər.

• Gözlənilən təlim formatı: Məlumat sessiyaları, təqdimatlar, qruplarda müzakirələr və rol oyunları

• Gözlənilən təlim materialları: Təqdimatlar, təlim materialları, əvvəlcədən və sonrakı testlər/qiymətləndirmə anketləri, təlim hesabatı

• Tapşırıqın müddəti və yeri: 30 gün (hər qrupda 15-20 nəfər olmaqla 10 qrupu üçün 3 günlük təlim). Təlimin 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar-mart ayları arasında Bakı şəhəri və regionlarda (Lənkəran, Gəncə, Quba-Xaçmaz, Şəki) keçirilməsi gözlənilir.

Qeyd: Təlimin gündəliyi SN Layihə Əlaqələndirmə Bürosunun (LƏB) proqram əməkdaşları ilə əvvəlcədən razılaşdırılmalıdır.

• Təlimin keçirilməsi üçün təlimçiyə verilən xüsusi tələblər;

a. Ali Təhsil

– Tibb, İctimai Səhiyyə, Sosial Elmlər, İdarəetmə, Logistika və ya daha yaxın əlaqəli sahələr üzrə təhsil, yüksək dərəcə (magistr və ya fəlsəfə doktoru).

– İİV və QİÇS sahəsində, Monitorinq və Qiymətləndirmə Tədqiqatları üzrə tanınmış beynəlxalq agentliklər tərəfindən verilmiş Sertifikatlar/Diplomları olanlara üstünlük verilir.

b. Təcrübə

• Həssas qruplar arasında zərərin azaldılması və İİV-in qarşısının alınması üzrə fəaliyyətlər üzrə beynəlxalq səviyyədə minimum 5 illik peşəkar təcrübə; QHT-lər, vətəndaş cəmiyyəti sektoru və Qlobal Fondun layihələri ilə iş təcrübəsi üstünlük verilir
• Təimlər və təqdimatlar üzrə təcrübə; autriç işçilər üçün təlimlərin keçirilməsi
• Azərbaycan dilini səlist bilmək
• Ünsiyyət qurmaq bacarıqları
• Uyğun təlim materiallarının hazırlanması
• Təlim hesabatını hazırlaması bacarığı

Bu elanla maraqlanan iddiaçılar öz təkliflərini aşağıdakı formatda support@amib.az elektron ünvanına təqdim etməlidirlər və ya Baki ş, Vidadi 107 ünvanına təqdim eliyə bilərlər:

1. Maraq məktubu
2. Ətraflı texniki təklif
3. Qiymət təklifi
4. Referens şəxslər

 

Son tarix: 20 noyabr 2023

 

“AİDS-lə Mübarizə İctimai Birliyi”
Əlaqə telefonu: +994552245595

No comment

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *