Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "AİDS-lə Mübarizə" İB-nin icra etdiyi "İİV-ə yoluxmada yüksək təsirə məruz qalan İnyersion Narkotik İstifadəçiləri (İNİ-lər) arasında İİV\QİÇS-lə bağlı Zərərin Azaldılması" layihəsi çərçivəsində 01.09.2018 və 03.09.2018 tarixlərində "HİV-dən Qorun" adlı tədbirlər keçirilmişdir. Tədbir Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi ilə birlikdə keçirilmişdir. Tədbir Bakı şəhəri Petropark Mall-da keçirilmişdir. Tədbirlərin keçirilməsində əsas məqsədi HİV/AİDS xəstəliyi barədə əhalini maarifləndirmək idi. Tədbirlər zamanı iştirakçılara HİV virusu və gepatitlərdən qorunma üsulları barədə, virusa yoluxan zaman hara müraciət etməli barədə geniş məlumat verilmişdir. Hər iki tədbirdə ümumilikdə 179 nəfər iştirak etmişlər. Tədbirin sonunda iştirakçılardan könüllü olaraq qan analizi götürülmə aksiyası keçirilmişdir.
No comment